Qaradağ rayonunda avtomobil aşıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Səngəçal qəsəbəsində baş verib. Neftçala rayon sakini Ə.Abdullayev “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil aşıb. 2 nəfər sərnişin xəstəxanaya yerləşdirilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. N.Xankişiyeva dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.