Paytaxt ərazisində sərnişin avtobusunun sürücüsü ilə minik avomobilinin sürücüsü arasında yaşanan insidentlə bağlı DİN açıqlama verib. Bu haqda 15 oktyabr tarixində Report xəbər verib.
DİN-in mətbuat xidməti yayılan videogörüntülərdən məlumatlı olduğunu və hadisə ilə bağlı araşdırmaların başlanıldığını qeyd edib. İctimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.
Sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasınd yaranan mübahisənin görüntüləri yayılmışdır. Onlar bir-birlərinə qarşı söyüş və ağır təhqirlər səsləndiriblər.