Bakının Nizami rayonunda sərxoş qadın tanış kişi tərəfindən xəsarətlər alıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
40 yaşlı Familə Mustafayeva tanış kişi tərəfindən döyülüb, daha sonra həmin şəxs tərəfindən qəsdən avtomobillə vurulub.
Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatları araşdırılır.