Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Restorandan çıxan 27 yaşlı Ziya Şıxlı yolun əks-tərəfinə keçmək istəyən zaman onu avtomobil vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.