Aeroport şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Sabunçu rayonu, Aeroport şosesində, Sabunçu körpüsündən mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən ərazidə sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması istiqamətində işlər aparılır.