Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində piyadanı avtomobil vurub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
31 yaşlı Ramin Əliyev yolu keçən zaman onu minik avtomobili vurub. O, ağır vəziyyətdə Neyrocərrahiyə Xəstəxanasına yerləşdirilib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.