Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində ana və uşaq itkin düşüblər. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
26 yaşlı Yeganə İbrahimova və 6 yaşlı oğlu Ayxan Abbasov birlikdə yaşadıqları evdən çıxıblar və onlardan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda axtarışlar davam edir.