Bakının Sabunçu rayonunun eyniadlı qəsəbəsində sürücüyə qarşı soyğunçuluq edilib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “Opel” markalı avtomobildə sürücünün pulunu talamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş H.Əhmədzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.