Sabunçu rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun eyniadlı qəsəbəsində qeydə alınıb. Avtomobil yolunu küçən 62 yaşlı Şəfaqət Abbasovanı avtomobil vurub. Nəticədə piyada sağ ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.