Sabunçu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
36 yaşlı Elşən Həsənli Sabunçu rayon icra başçısının müavini vəzifəsinə təyin olunub. Bununla bağlı inzibati binada iclas keçirilib. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də aparatın məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak ediblər.
Elşən Həsənli Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və magistr pilləsini bitirb. O, İcra Hakimiyyəti strukturunda baş məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb.
[caption id="attachment_83221" align="alignnone" width="640"]
Foto Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]