Paytaxtın Sabunçu rayonunda bir nəfərdə narkotik aşkarlanıb. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bağırov saxlanılıb. Onun üzərində 708 qramdan artıq heroin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.