Paytaxtın Sabunçu rayonunda qanunsuz silah aşkarlanıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Cəmil Mirbağırovun “Nissan” markalı avtomobilində “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunub.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.