Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 16 kv.m olan tikili tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.