Bakının Sabunçu rayonunda narkotik aşkarlanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində narkotiklərin dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar. Onlarda və mənzillərindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxslər İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam edir.