Sabunçu rayonunda evdə iki qardaşın meyiti aşkarlanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 52 yaşlı Əli və 55 yaşlı Rəhman Həsənovlar evdə ölü halda tapılıblar.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi məlum deyil. İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.