Paytaxtın Sabunçu rayonunun eyniadlı qəsəbəsində gənc oğlan dəm qazından zəhərlənib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Nihad Hacıyev yaşadığı evdə çimən zaman dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırmaya başlanılıb.