Paytaxtın Sabunçu rayonunda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.m olan tikili 30 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.