Bakının Sabunçu rayonunda gənc oğlan qəzaya uğrayıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. 28 yaşlı İsa Xəlilov yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona dördüncü bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.