Bakının Sabunçu rayonunda bir-birinə bitişik tikilən evlərdən üçü yanıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.