Bakının Sabunçu rayonunda 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumat görə, rayon ərazisindəki 3 evdən ümumilikdə 3600 manat dəyərində inşaat materialları və məişət əşyaları oğurlanıb. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Həsənov, əvvəllər məhkum olunmuşlar H.Dadaşov və Q.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.