Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Martın 27-də istirahət mərkəzlərinin birindən 3000 manat dəyərində elektrik naqili oğurlanıb.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Nəcməddin Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.