Bakının Sabunçu rayonunda xəsarətlə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 32 yaşlı Elbrus Heydərovu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.