Sabunçu rayonunda avtomobil təmiri sexi yanıb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 270 kv.m olan 5 hissədən ibarət sexin 1 hissəsi 65 kv.m sahədə alışıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.