Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma kürsülü, birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 150 kv.m olan 5 otaqlı tikilinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.