Paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış obyektində yanğın baş verib. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli tikili 30 kv.m sahədə alışıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.