Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
65 yaşlı Məhəbbət Şıxıyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hazırda araşdırmalar aparılır.