Bakının Sabunçu rayonunda 95 yaşlı Ksenya Riqalova dəm qazından zəhərlənərək ölüb. Bu haqda bu gün, 12 dekabr tarixində Lent.az məlumat verir.
Qadın Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.