Bakının Sabunçu rayonunda minik avtomobili yanıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
"Changan" markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı ev alışmadan mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.