Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
73 yaşlı Bəhruz Ələsgərov avtomobil yolunu keçən zaman Möhübbət Əsədov “Kia” markalı nəqliyyat vasitəsilə onu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.