Paytaxtın Sabunçu rayonunda piyada qadın avtoqəzada dünyasını dəyişib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"RR Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında 42 yaşlı Afaq Mirzəyeva yolu keçən zaman 65 yaşlı Bünyabün Əliyev “Mercedes“ markalı avtomobillə onu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.