Paytaxtın Sabunçu rayonunda avtomobil təmiri sexi yanıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan obyekt və içərisindəki “Fiat” markalı avtomobil tamamilə kül olub. Nəticədə 2 nəfər xəsarət alıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.