Paytaxtın Sabunçu rayonunda qəzaya düşən piyada xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 noyabr tarixində Şəmsiyyət Zeynalova yolu keçən zaman onu Abdulla Məmmədov “Opel” markalı avtomobillə vurub. Piyada 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, bu gün dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.