Bakının Sabunçu rayonunda silahlı şəxs saxlanılıb. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbə sakini, 29 yaşlı Mirzə Mirzəyev saxlanılıb.
Ondan “Makarov” markalı tapança, patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. O, silah-sursatı satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.