Bakı sakinini bıçaqlamaqda şübhəli şəxs saxlanılıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonu Maştağa qəsəbəsində Ə.Nəbiyevə kəsici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən Elmir Quliyevi saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Araşdırma davam edir.