Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, aprelin 15-də sakinlərin birinin bank kartından 5000 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən şəxs - Həsən Fərəcli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.