Bakının Sabunçu rayonunda yerləşən üçmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yataqxana binasına bitişik binada qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yataqxana binası yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.