Bakının Sabunçu rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı evdə yanğın olub. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan evlərdən sahəsi 50 kv.m olan evdə qeydə alınıb. Birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.