Paytaxtın Sabunçu rayonunda yerləşən kafe və mebel sexi yanıb. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bir damın altında tikilən 120 kv.m-lik kafe və mebel sexində kafenin yanar konstruksiyaları və arakəsmə divar alışıb. Yüksək temperaturdan mebel sexinin lambirdən ibarət tavanı əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq yanğını söndürüblər. Xəsarət alan olmayıb.