Paytaxtın Sabunçu rayonunda evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Hümbətzadə və R.Haqverdiyev rayon ərazisində yerləşən evlərin birindən 3000 AZN pul və 150 AZN-lik təmir-tikinti alətini oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.