Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsindən verilən məlumata görə, fevralın 1-də gecə saatlarında bir nəfərin kəsici alətlə hədələnərək 2500 manat pulu quldurluq yolu ilə talanıb.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Şahbazov saxlanılıb.
Əlavə olaraq ondan heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.