Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 60 kv.m olan 4 otaqlı evin 1 otağının tavanı 7 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.