Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 40 kv.m olan tikilinin bir otağında ev əşyaları qismən yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.