Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dönərxananın mətbəxində mikrodalğalı soba, 2 fritür aparatı və havalandırma qurğusu yanıb. Həmçinin yüksək temperaturdan pəncərə çərçivəsi qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.