Paytaxtın Sabunçu rayonunun Anaşkin küçəsində bıçaqlanma olub. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
43 yaşlı Fərman Həsənov naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.