Paytaxtın Sabunçu rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma qoqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. Nəticədə şaxtadan keçən plastik su boruları yanıb. Ətraf infrastruktura və mənzillərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.