Paytaxtın Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin dam örtüyü 100 kv.m, otaqlardan birinin tavanı isə 10 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.