Bakının Sabunçu rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Fövqəladə hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 180 kv.m (hər mərtəbəsi 90 kv.m) olan tikilinin dam örtüyünün taxta atmaları, birinci mərtəbənin mətbəxi və ikinci mərtəbənin 2 otağının yanar konstruksiyaları 56 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.