Bakıda ikimərtəbəli evdə yanğın olub. Bu haqda 3 dekabr tarixində Bakuplus.az məlumat verir.
Sabunçu rayonunda ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli evin dam örtüyü 30 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-n əməkdaşları cəlb ediliblər və evin qalan hissəsi, eləcə də ona bitişik digər ev yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.