Paytaxtın Sabunçu rayonunda gənc qız özünü asıb. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Ramana qəsəbəsində baş verib. Xəstəxanada paranoid şizofreniya diaqnozu ilə qeydiyyatda olan və ambulator müalicə olunan 25 yaşlı Şahinə Zərquliyeva yaşadığı evdə naqillə özünü asaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.