Bakıda yanğın baş verib. Bu haqda 16 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sabunçu rayonunda ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.